Beynəlxalq Kartoqrafiya Assossiasiyasının hər iki ildən bir təşkil etdiyi Beynəlxalq Kartoqrafiya Konfransına 2019-cu il 15-20 iyul tarixlərində Tokyo, Yaponiya ev sahibliyi etdi.
Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Azərbaycan ilk dəfə olaraq adı çəkilən Konfransında İsveçrənin Sürix Universitetində Coğrafiya üzrə doktorluq təhsili alan Nərgiz Səfərəliyeva tərəfindən təmsil edib.
Dünyanın 89 ölkəsi və 34 təşkilatdan mütəxəsisləri bir araya gətirən 29-cu Beynəlxalq Kartoqrafiya Konfransında 2019-cu ilin xüsusi nəşrlərində çap edilmiş "Azərbaycan, Macarıstan və Birləşmiş Ərəb Əmirliklərində təməl xəritə anlayışlarının tədrisi" adlı məqalə uğurla təqdim olundu. Məqalə Assosiyasiyanın Kartoqrafiya və Uşaqlar üzrə Komissiyasının sədr müavini - José Jesús REYES NUNEZ, Birləşmiş Ərəb Əmirlikləri Universitetinin Kartoqrafiya üzrə dosenti - Naeema Al Hosani və İsveçrənin Sürix Universitetinin doktorantı Nərgiz Səfərəliyevanın birgə əməkdaşlığı və araşdırmaları əsasında yazılıb. Təmsilçimiz, Nərgiz Səfərəliyevanın çıxışı 16 iyul tarixində Yaponiyanın İnkişaf edən Elm və İnnovasiya Milli Muzeyi - Miraikan-ın Mars zalında baş tutub.