Layihə çərçivəsində seçilmiş Azərbaycan xalq musiqilərinin notlarını çap olunmuşdur. Layihənin icraçısı, Mozarteum Universitetinin Musiqi Teoriyası Fakultəsinin sonuncu kurs tələbəsi Lalə Hacılı, 4 xalq mahnısı (“Sarı gəlin”, “Laçın”, “Küçələrə su səpmişəm”, “Gül açdı”) və bir Ritmik Muğam ( “Qarabağ Şikəstəsi”) olan əsəri fortepiano üçün aranjeman etmişdir. Mahnı mətnlərinin ingilis dilinə tərcüməsi və xalq mahnıları haqqında 3 dildə ( Azərbaycan, ingilis və alman) qısa məlumatlar etnomusiqişünas Tansu Rəsulova tərəfindən icra edilmişdir.
Bundan başqa, çap edilmiş kitabçalardan Mozarteum Universitetində müəyyən fənlər üzrə dərslik kimi istifadə edilməsi də nəzərdə tutulub. Bundan əlavə çap edilmiş kitabçaların Avstriyanın müxtəlif kitabxanalarına, universitetlərinə göndərilməsi də planlaşdırılıb.