“History of My Azerbaijan” adlı layihə çərçivəsində “Azykh cave” və “Mannea” adlı video çarxlar ərsəyə gətirilib

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Kanadanın Toronto şəhərində fəaliyyət göstərən “Azerbaijani Art and Culture Centre” –in təşkilatçılığı ilə “History of My Azerbaijan” adlı layihə həyata keçirilir.

Layihə çərçivəsində Azərbaycan tarixi haqqında xronoloji ardıcıllığa əsasən 5 qısametrajlı animasiya filminin hazırlanması nəzərdə tutulur. Animasiya filmlərində Azərbaycan tarixi, musiqisi, milli rəqsi və atributları öz əksini tapmaqdadır. Layihənin əsas məqsədi xaricdə yaşayan ingilis dilli gənc diaspor nümayəndələrini marifləndirmək və Azərbaycan tarixi haqqında məlumatlandırmaqdır. Dünyanın müxtəlif ölkələrində yaşayan gənc həmvətənlərimizlə yanaşı xarici vətəndaşlar da bu video çarxlar vasitəsilə Azərbaycanın qədim tarixi haqqında faydalı məlumatlar əldə edəcəklər.

Artıq layihə üzrə “Azykh cave” və “Mannea” adlı 2 video çarx ictimaiyyətə təqdim olunub. “Azykh cave” adlı bu video çarxda dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx mağarası haqqında ingilis dilində ətraflı məlumat verilir. “Mannea” adlı ikinci video çarxda isə Azərbaycan ərazisində yaranmış ən qədim dövlət – Manna dövləti haqqında tarixi məlumatlar əldə etmək mümkündür.  

Video çarxları aşağıdakı linklərə keçid edərək izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=eYR1Vu3nO7A  - “Azykh cave”

https://www.youtube.com/watch?v=sID3oq3sJlY - “Mannea”