Berlində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib

14 Mart 2019
  • Xəbərlər
  • Berlində Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib

Martın ayının 14-ü Almaniyanın paytaxtı Berlin şəhərində Diasporla İş üzrə Dövlət Komitəsi və Avropa Azərbaycanlıları Koordinasiya Şuralarının əlaqələndiricilərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Komitə sədri son aylarda görülən işlərlə bağlı məlumat verib, eyni zamanda, müvafiq hesabat videosu təqdim olunub və ardınca Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib. İcraçı direktor Elşad Əliyev fondun fəaliyyət istiqamətləri barədə danışmış, Fondun təqdimat filmi və loqosu nümayiş etdirilmişdir.

Azərbaycan Diasporuna Dəstək Fondunun İcraçı direktorunun müavini Aytən Əliyeva tərəfindən fondun internet saytı təqdim olundu. Saytın iş prinsipi və qeydiyyat qaydaları tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Daha sonra Aytən Əliyeva tədbir iştirakçılarına bu il Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan “Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsinin mahiyyəti və şərtləri barədə məlumat verərək, düşərgədən bəhs edən qısa video icmalı nümayiş etdirdi. Təqdim olunan video filmlər və Diaspor Gənclərinin Yay Düşərgəsi Avropada yaşayan azərbaycanlıların marağına səbəb olub.

Tədbirdə Koordinasiya Şuralarının hesabatları və gələcək planlar dinlənilib, o cümlədən Azərbaycanın Diaspor siyasəti, Yol xəritəsində müəyyən olunan istiqamətlər üzrə iş planları, diaspor təşkilatlarının və onları birləşdirən Koordinasiya Şuralarının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.