Diasporla İş üzrə Dövlət Komitəsində Xaricdə Yaşayan Rumınlarla İş üzrə Nazirliyin nümayəndələri ilə görüş keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ve Xaricdəki Rumınlarla İş üzrə Nazirliyin nümayəndələri Adriana Danila və Corina Nicolae qatıldığı tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) təqdimat mərasimi keçirilib.
Fondun fəaliyyət istiqamətləri haqqında qonaqlara geniş məlumat verilib ve Fondun təqdimat filmi nümayiş etdirilib. Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondu ile bağlı suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.