29 avqust 2019-cu il tarixində Azərbaycan Diasporuna Dəstək Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir. İclasda baxılması üçün Müşahidə Şurasına Fondun elektron sisteminə diaspor təşkilatları və nümayəndələri tərəfindən daxil olan 32 layihə təqdim olunmuşdur. Şura diaspor təşkilatları tərəfindən ünvanlanan 20 layihənin maliyyələşməsinə, 3 layihənin maliyyələşməsindən imtina edilməsinə, 1 layihənin təkmilləşdirilməsi üçün tövsiyə edilməsinə, eyni zamanda fərdi lahiyə müraciətləri arasından 6 layihənin maliyyələşməsinə, 1 layihənin maliyyələşməsindən imtina edilməsinə, 1 layihənin təkmilləşdirilməsi üçün tövsiyə edilməsinə qərar vermişdir. Müraciət edən şəxslər elektron poçt vasitəsilə məlumatlandırılacaqlar.