12-14 sentyabr tarixlərində Azərbaycan Diasporuna Dəstək Fondunun ölkə üzrə əlaqələndiricisi Zeynəb Sabirli Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin tərkibində Türkiyə Respublikasına səfər edib.
Səfər çərçivəsində İstanbul şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, İstanbulda yaşayan azərbaycanlılar, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri və media təmsilçilərinin iştirakı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib. Fondun fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarını məlumatlandıran Zeynəb Sabirli diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan ayrı-ayrı soydaşlarımızın layihələrinin həyata keçirilməsində bundan sonra Fondun əsas rol oynayacağını qeyd edib. Ardınca Fondun təqdimat filmi, logosu və layihə təqdim edilməsi ilə bağlı infoqrafik videolar nümayiş etdirilib.