Şatsk şəhərində “Nəsimi ili” ilə bağlı tədbir keçirilib

30 Oktyabr 2019
  • Xəbərlər
  • Şatsk şəhərində “Nəsimi ili” ilə bağlı tədbir keçirilib

Ukraynanın Volın vilayətinin Şatsk şəhərində Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşkilatçılığı ilə “Nəsimi ili” ilə bağlı tədbir keçirilib. Tədbirdə Volın vilayət Administrasiyasının rəsmisi Valeri Krivaroq, Şatsk meriyasının nümayəndəsi Nikolay Tsvit, ictimai xadimlər və yerli KİV nümayəndələri iştirak edib. Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov çıxış edərək bildirib ki, mədəni müxtəlifliyin təbliği məqsədi daşıyan bu tipli tədbirlər xalqlar və dövlətlər arasında dost münasibətlərin inkişafına böyük töhfələr verəcək.