Oktyabrın 26-da Budapeştdə Şərqi Avropa ölkələrində yaşayan azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Şərqi Avropada yaşayan və təhsil alan çoxsaylı soydaşlarımızın iştirak etdiyi tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun aparıcı mütəxəssisi İbrahim Səfərli təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, ötən il Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Fond, digər ölkələrdə Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlər və ənənələrinin qorunub saxlanılması habelə, xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinin güclənməsinə və diaspor sahəsində müxtəlif layihələrin reallaşdırılmasına dövlət dəstəyinin verilməsini təmin edir.