Avstriyanın Əcnəbilər və Sığınacaq Məsələləri üzrə Federal İdarəsində görüş keçirilib

19 Noyabr 2019
  • Xəbərlər
  • Avstriyanın Əcnəbilər və Sığınacaq Məsələləri üzrə Federal İdarəsində görüş keçirilib

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev Avstriyanın Əcnəbilər və Sığınacaq Məsələləri üzrə Federal İdarəsinin direktoru Qerhard Rayşerlə görüşdə iştirak edib. Görüş zamanı Avstriyaya səfərin məqsədləri və burada keçirilmiş görüşlər, iki ölkə arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin inkişaf dinamikası haqqında müzakirələr aparılıb. Görüşdə Dövlət Komitəsinin sədri Fuad Muradov, ölkəmizin Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov və hər iki qurumu təmsil edən əməkdaşlar iştirak ediblər.