20 noyabr 2019-cu ildə Koreyanın İnha Universitetinin tələbəsi Leyla Masimlinin və Avrasiya Türk Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan keçmişdə və bugün" adlı konfrans keçirilib. Yerli və xarici türkoloq mütəxəssislərin iştirakı ilə baş tutan tədbirdə Dondok Universitetinin tələbələri, Asiya Elmlər Akademiyaları Birliyinin təmsilçiləri, Yonsei Universitetinin professorları iştirak edib. Seul Milli Universitetinin professoru Kim Jong-il tədbir iştirakçılarına Azərbaycan-Koreya Arxeoloji Ekspedisiyası tərəfindən Qəbələ şəhərində antik dövrə aid böyük binaların qalıqları, qala divarları və maddi mədəniyyət abidələri ilə bağlı aparılan araşdırmalar haqqında məlumat verib.