9 noyabr tarixində Bayraq günü münasibətilə Fransanın Elzas bölgəsinin ən hündür nöqtəsində yerləşən Haut-Koenigsbourg qalasına səfər təşkil edilib. Strasburq şəhərində yaşayan azərbaycanlı tələbələr və diaspora üzvlərinin iştirak etdiyi səfər Fransadakı azərbaycanlı tələbələr assosasiyasının (ASEAF) təşkilatçılığı və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin dəstəyi ilə keçirilib.