Azərbaycan Diaspor Gənclərinin Qış məktəbi layihəsi çərçivəsində Avropa Xarici Fəaliyyət Xidmətində Avropa İttifaqı-Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi xanım İsabelle Pellier ilə görüş keçirilib. İştirakçıların həmçinin Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Avropa İttifaqı yanındakı daimi nümayəndəliyin rəhbəri cənab Fuad İsgəndərovla görüşü təşkil olunub.