Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 10.08.2020-ci il tarixdə "Azərbaycan Diaspor fəaliyyətində Gənclərin rolu" mövzusunda onlayn konfrans keçirilib. Beynəlxalq Gənclər Günü münasibətilə təşkil olunan tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov çıxış ediblər.
Elşad Əliyev çıxışında bildirib ki, dünya azərbaycanlılarının, xüsusilə gənclərin təşkilatlanması ilə Azərbaycan diasporunun daha da inkişaf etdirilməsi prioritet sahələrdən biridir və bu istiqamətdə müxtəlif layihələr həyata keçirilib.
Qlobal məkanda diaspor gənclərinin aktiv fəaliyyət sahələrini müzakirə edərək müxtəlif təkliflər səsləndiriblər.
Fondun təşəbbüsü ilə konfransda Azərbaycan Respublikasının əməkdar artisti Turan Manafzadə, Estoniya Azərbaycan evinin rəhbəri Zəhra Qəhrəmanlı, Şimali Amerika Azərbaycanlı Gənclər Birliyinin vitse prezidenti Namiq Ağayev, Sankt-Peterburq şəhərinin Azərbaycan Milli Mədəni Muxtariyyətinin yanında Azərbaycan gənclər təşkilatının sədri Elman Manafov və Şərqi Çin Pedaqoji Universitetində doktorantura pilləsi üzrə təhsili alan Tural Quliyev çıxış ediblər.
Fondunun rəsmi səhifəsindən canlı yayımlanan konfransa yüzlərlə gənc qoşulub.