Yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin "Xocalı: Şahidlər danışır" kitabı Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə 8 dildə (Azərbaycan, türk, ingilis, rus, italyan, ispan, alman və fransız) təkrar nəşr olunub.
Kitabın ön sözünü professor Elmira Süleymanova yazıb. Redaktoru Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili- Ombudsman Aparatının əməkdaşı Azadə Novruzova, tərçüməçilər - ADU-nun bir qrup müəllim heyətidir.
Kitabda Yuxarı Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonu haqqında qısa ensiklopedik məlumatlar, eləcə də 26 fevral 1992-ci ildə Xocalı faciəsi şahidlərinin xatirələri yer alıb. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.