İstanbulda azərbaycanlı sənətkarların “Bir millət, iki dövlət” mövzusunda sərgisi çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə çəkilmiş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Böyük sənət hamisi” filminin təqdimatı keçirilib.
İstanbulun “Artfactory” sənət qalereyasında təşkil olunan təqdimatda Azərbaycanın Mədəniyyət, eləcə də Elm və Təhsil nazirlikləri, Azərbaycan Diasporuna Dəstək Fondunun, ölkəmizin İstanbuldakı Baş konsulluğu, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) və digər qurumların o cümlədən azərbaycan diasporunun təmsilçiləri iştirak edirdilər.
Tədbirdə iştirak edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov tədbirin əhəmiyyəti, Ümummilli lider Heydər Əliyevin sənəd admlarına verdiyi dəyərdən, Azərbaycanda mədəniyyətin inkişafına verdiyi töhfələrdən danışıb.
Tədbirin sonunda film nümayiş olunub.