Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyənin Malatya bölgəsinə növbəti humanitar yardım göndərib. İçində ərzaq məhsulları olan 2000 qutudan ibarət 1 ədəd TIR Malatya bölgəsinə yola salınıb. Humanitar yardımın aprelin 7-də Malatyaya çatması gözlənilir. Humanitar yardımın tərkibi Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və AFAD-la birlikdə aparılan müzakirələr nəticəsində müəyyən edilib.
Humanitar yardımın yolasalma mərasimində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyənin Azərbaycandakı Səfirliyinin baş katibi Öncü Günəş, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev və başqaları iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, Türkiyədə baş verən dəhşətli zəlzələnin ilk saatlarından Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanında olub, Prezident cənab İlham Əliyevin göstərişi ilə dərhal zəlzələ bölgəsinə “Biz birlikdə güclüyük!” devizi altında Azərbaycandan xilasedicilər və humanitar yardım karvanları göndərilib.
Öncü Günəş Türkiyə-Azərbaycan dostluq və qardaşlığı münasibətlərinə toxunub, Azərbaycan dövlətinə, onun rəhbərliyinə və xalqına göstərilən dəstəyə görə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Türkiyənin zəlzələdən ziyan görmüş bölgələrinə ADDF bu günə kimi aşağıdakı yardımları göstərmişdir: