Xaricdə yaşayan Azərbaycanlı Alimlərin Forumu çərçivəsində Afina Barmanbay və Dilqəm Əhmədin kitablarının təqdimatı keçirilib

12 Sentyabr 2024
  • Xəbərlər
  • Xaricdə yaşayan Azərbaycanlı Alimlərin Forumu çərçivəsində Afina Barmanbay və Dilqəm Əhmədin kitablarının təqdimatı keçirilib

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ikinci günündə Türkiyənin Qafqaz Universitetinin dosenti Dr. Afina Barmanbayın “Gürcüstandan Azərbaycana Ağız sözlüyü” dialektoloji lüğətinin və Türkiyənin İstanbul Universitetinin doktorantı Dilqəm Əhmədin Türkiyədəki “Azərbaycan Cəmiyyətləri (1920-1991-ci illər)” və “Azərbaycan Mühacirət Biblioqrafiyası (1920-1991)” adlı kitablarının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində çıxış edən Dünya Azərbaycanlı Alimlər Birliyinin rəhbəri,  fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev kitablar barədə qısa fikirlərini iştirakçılarla bölüşüb və tədbir iştirakçılarına Fondun dəstəyindən hər zaman yararlana biləcəklərini tövsiyə edib.  

Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Fondun xaricdə yaşayan alimlərimizin öz vətənləri ilə bağlı layihələrinin həyata keçirilməsinə  hər zaman  dəstək verməyə  hazır olduqlarını vurğulayıb.

Afina Barmanbay və Dilqəm Əhməd kitabları barədə məlumat veriblər. Sonda müəlliflər öz  şəxsi imzalı  kitablarını tədbir iştirakçılarına hədiyyə ediblər.

Qeyd edək ki, hər üç kitab Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunub və bundan öncə Türkiyədə təqdimat mərasimi keçirilib.