Marneulidəki Azərbaycan Evində 20 Yanvar faciəsi şəhidləri və 9 aprel şəhidləri ilə bağlı anım tədbiri və sərgi təşkil edilib

21 Yanvar 2025
  • Xəbərlər
  • Marneulidəki Azərbaycan Evində 20 Yanvar faciəsi şəhidləri və 9 aprel şəhidləri ilə bağlı anım tədbiri və sərgi təşkil edilib

Gürcüstanın Marneuli rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “Milli Dirəniş və Azadlığa Gedən Yol!” mövzusunda anım tədbiri keçirilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Azərbaycan Evinin təşkilatçılığı ilə baş turan tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndələri Kamil Əfəndiyev və Cavid Məhərrəmov, Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndəsi Uğur Tahlan, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Faiq Nəbiyev, Marneuli Bələdiyyəsinin sturktur bölmələrinin rəhbərləri və üzüvləri, TİKA-nın Gürcüstan nümayəndəliyinin baş direktoru Zeynəb Bayrak və müdir müavinləri Muhammed Emre Ezber və Davit Kamaşidze, Türkiyənin “MAARİF” Məktəblərinin Gürcüstan nümayəndəliyinin baş direktoru Faruk Tekşen və Marneuli şöbəsinin müdiri Murad Kördemir, Gürcüstan Azərbaycanlıları Konqresinin üzüvləri və Marneuli ictimayyətinin nümayəndələri iştirak ediblər.

20 Yanvar və 9 Aprel şəhidlərinin, həmçinin Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunduğu tədbiri giriş sözü ilə Azərbaycan Evinin direktoru Məhəbbət İmanov açaraq, Azərbaycan və Gürcüstan xalqlarının müstəqillik uğrunda mübarizə tarixindən, sovet imperiyasının 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 29-dan 20-nə keçən gecə Bakıda törətdiyi qanlı qırğınların səbəblərindən danışıb. Bildirib ki, ölkələrimizin azadlığı uğrunda canlarından keçən qəhrəmanlar heç bir zaman unudulmur.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi ataşesinin aparat rəhbəri Kamil Əfəndiyev, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Faiq Nəbiyev, Türkiyənin “MAARİF” Okullarının Gürcüstan nümayəndəliyinin baş direktoru Faruk Tekşen, Marneuli Bələdiyyə Məclisinin üzvü Anar Piriyev, əməkdar jurnalist Nizami Məmmədzadə, Dmanisi Tədris və Təhsil Mərkəzinin rəhbəri Kamran Xıdırov, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbəri Rezo Həsənov, Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin rəhbəri Raul Əliyev, Azərbaycan dili müəllimləri Növrəstə Məhərrəmqızı, Sevda Şahverdiyeva, Esmira Ələkbərli, Fatma Əliyeva və başqaları çıxış edərək, 20 Yanvar faciəsi zamanı Gürcüstan əsilli 6 azərbaycanlının şəhid olduğunu diqqətə çatdırıblar. 20 Yanvar faciəsinin ertəsi günü o zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin bütün təhlükələrə baxmayaraq, öz etiraz səsini yüksəltdiyi, Kremli xalqımıza qarşı cinayət törətməkdə ittiham etdiyi və hadisələrə ilk siyasi qiyməti verdiyi xatırladılıb. Bildirilib ki, sovet imperiyasının bu qırğınları törətməkdə məqsədi hər iki xalqın azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qırmaq olub, lakin Kreml öz istəyinə nail ola bilməyib. Azərbaycan və gürcü xalqları öz qanları bahasına yenidən müstəqilliyinə qovuşub.

Tədbir çərçivəsində “Milli Dirəniş və Azadlığa Gedən Yol” adlı fotosərgi də nümayiş etdirilib və şəhidlərin əziz xatirəsi üçün ehsan süfrəsi açılıb.