Fond diaspor gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən müxtəlif ölkələrdə yaşayan Diaspor Gənclərinin Yay Düşərgələrində iştirak etmiş 18-29 yaşlı gəncləri Müsabiqədə iştirak etmək üçün fərdi layihə təkliflərini təqdim etməyə dəvət edir.
Layihələrin mövzuları:
Layihələrin müddəti:
Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddəti 2 (iki) aydan az, 6 (altı) aydan çox olmamalıdır. Layihələrin icrasının yekunlaşma tarixi ən geci 10 dekabr 2025-ci ilə qədərdir.
Layihələrin məbləği:
Fond tərəfindən hər bir fərdi layihə çərçivəsində ayrılan qrant məbləği 3000 (üç min) ABŞ dollarından çox olmamalıdır.
Müsabiqənin müddəti:
Layihə təklifləri 1 fevral 2025-ci il tarixindən başlayaraq təqdim edilə bilər.
Layihə təkliflərinin təqdim edilməsi üçün son tarix: 28 fevral 2025-ci il, saat 18:00-dır.
Müsabiqənin nəticələri 1 aprel 2025-ci il tarixində də elan olunacaq.
Layihələrin təqdim olunmasına dair əsas tələblər:
Müsabiqədə iştirak etmək üçün 18-29 yaş həddində olan Diaspor Gənclərinin Yay Düşərgələrindən hər-hansı birində iştirak etmiş xaricdə yaşayan gənclər Fondun rəsmi internet saytında (www.addf.gov.az) qeydiyyatdan keçməli və saytda fərdi kabinet vasitəsilə elektron qaydada müraciət etməlidir;
Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.
Layihə haqda məlumat, büdcə və fəaliyyət planı sistemə yüklənməlidir;
Hər bir şəxsin qrant müsabiqəsi çərçivəsində 1 layihə təqdim etmək hüququ var;
Fond ilə qrant müqaviləsinin imzalanması və layihənin idarə olunması layihə rəhbəri tərəfindən şəxsən həyata keçirilməlidir.
Layihə təklifi yalnız bu elanda göstərilmiş istiqamət və tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir.
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
Aşağıdakı layihələrə üstünlük verilir: