Şəhid övladları Avstriyada yay düşərgəsində iştirak edirlər

30 İyul 2025
  • Xəbərlər
  • Şəhid övladları Avstriyada yay düşərgəsində iştirak edirlər

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF), “Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Azərlotereya” ASC-nin tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Avstriyanın Zalsburq və Vyana şəhərlərində keçirilən “Əmanətə Sədaqət” Yay Düşərgəsi davam etməkdədir.

28 iyul – 2 avqust tarixlərində keçiriləcək düşərgədə yerli və xarici universitetlərdə təhsil alan və yüksək akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edir.

Düşərgənin ilk günündə Zalsburq Azərbaycan Evində açılış mərasimi keçirilib. Mərasimə Avstriya və Sloveniyada yaşayan Azərbaycan diasporunun fəal üzvləri, eləcə də Avstriyada fəaliyyət göstərən Türkiyə diasporunun nümayəndələri qatılıblar.

Düşərgə ərzində iştirakçılar karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərə qatılacaq, Avstriyanın tarixi bölgələrinə səfərlər edəcəklər.