Macarıstanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

20 Oktyabr 2025
  • Xəbərlər
  • Macarıstanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Macarıstanın Debrecen şəhərindəki eyni adlı universitetdə Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbir AYID və DUA assosiasiyalarının birgə təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun və Budapeşt–Azərbaycan Evinin dəstəyi ilə baş tutub.

Tədbirin açılışını AYID Assosiasiyasının direktoru Fərqanə Bayramlı edib. O, çıxışında 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının tarixindəki mühüm yerindən və bu günün dövlət müstəqilliyinin qorunması baxımından əhəmiyyətindən danışıb.

Daha sonra DUA Assosiasiyasının nümayəndələri İlham Qafarov, Nahid Bədəlli və Ömər Məmmədov çıxış edərək, Azərbaycanın müstəqilliyinin bərpası tarixi, milli həmrəyliyin əhəmiyyəti və Avropada yaşayan azərbaycanlı gənclərin ölkəmizin mədəniyyətinin təbliğindəki rolu haqqında danışıblar.

Azərbaycanın dostlarının, qonaqların və tələbələrin də iştirak etdikləri tədbir həmrəyliyin və vətənpərvərlik ruhunun nümayişinə çevrilib.