“Türkiyə Respublikasında yaşayan azərbaycanlılara pulsuz hüquqi dəstək” adlı layihənin II hissəsi başa çatıb

06 Avqust 2021
  • Xəbərlər
  • “Türkiyə Respublikasında yaşayan azərbaycanlılara pulsuz hüquqi dəstək” adlı layihənin II hissəsi başa çatıb

Türkiyədə yaşayan diaspor nümayəndələrimizin say çoxluğunu və onların üzləşdiyi problemləri nəzərə alaraq  1 mart -30 iyun 2021-ci il tarixədək Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə “Türkiyə Respublikasında yaşayan azərbaycanlılara hüquqi dəstək” adlı layihənin davamı həyəta keçirilib.

Layihənin məqsədi Türkiyə Respublikası ərazisində müvəqqəti və ya daimi olaraq yaşayan, təhsil alan, əmək fəaliyyəti ilə məşğul olan, qısa müddətli və ya uzun müddətli Türkiyəyə gəlmə zərurəti olan həmvətənlərimizə müxtəlif istiqamətlərdə hüquqi dəstək xidmətinin göstərilməsi, səlahiyyətli dövlət orqanlarına yönləndirmək və miqrasiya məsələlərində məlumatlandırmaqdır.

Layihə çərçivəsində 107 soydaşımıza miqrasiya işlərində dəstək olunub, “Tibbi Siğorta” ilə təmin olunmalarına yardım edilib.

20 soydaşımıza Türkiyə ərazisində daşınan və daşınmaz əmlak alımı, evlilik və boşanma prossesi, qanuni əmək fəaliyyəti əldə edilməsinə dair hüquqi məsləhətlər verilmiş və onlara lazımi sənədlərin hazırlanması və əldə edilməsində köməklik göstərilmişdir.  Eyni zamanda nikah bağlanması, passport və doğum haqqında şəhadətnamənin hazırlanması, II Qarabağ müharibəsində iştirak etmiş qazilərimizin müalicəsi ilə bağlı məsələlərin həlli də həyata keçirilmişdir.

Soydaşlarımıza yuxarıda qeyd olunan bütün istiqamətlər üzrə hüquqi dəstək Türkiyədə yaşayan həmvətənimiz, Ankara Universiteti Sosial elmlər və hüquq fakültəsinin dosenti Ləman Süleymanlı tərəfindən göstərilmişdir.  

Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən layihənin davamlılığı yenidən təmin ediləcəkdir.